Liqa 1-in ən yaxşısı bəlli oldu - FOTO
15.05.2017 - 23:00
Liqa 1-in ən yaxşısı bəlli oldu - FOTO

“Monako”nun çalışdırıcısı Leonardo Jardim Fransa Liqa 1-in ən yaxşı baş məşqçisi seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə Fransa Futbol Federasiyasının rəsmi tviter səhifəsi xəbər yayıb.

 

Portuqaliyalı çalışdırıcının rəhbərliyi ilə “knyazlıq klubu” bu il Çempionlar Liqasında yarımfinal mərhələsinə qədər yüksəlib.

 

Hazırda Fransa birincilyində çempionluğun bir addımlığında olan komanda eyni zamanda Liqa Kubokunda final, Fransa Kubokunda isə yarımfinal oynayıb. 

0