[b]Olimpiya mükafatçımız Ukrayna yığmasına qayıdır[/b]
16.05.2017 - 10:54
[b]Olimpiya mükafatçımız Ukrayna yığmasına qayıdır[/b]

“Riodakı Olimpiya Oyunları mənim üçün yaxşı təcrübə oldu. Elə Azərbaycan da yaxşı təcrübə sayıla bilər. Amma artıq hər şey tarixdə qalıb”. Apasport.az saytının məlumatına görə, bu sözlər ukraynalı kayakçı İnna Osipenko-Radomskaya məxsusdu.

 

2014-2016-cı illərdə Azərbaycan millisinin şərəfini qoruyan idmançı yenidən diqqət mərkəzinə düşüb. 3 il öncə yığmamıza keçidi alınmayacağı halda karyerasını bitirmək istəyində olan Osipenko-Radomskaya növbəti dəfə fikrini dəyişib. Ölkəmizdən ayrılarkən idmana vida edəcəyini açıqlayan xanım kayakçı yenidən sevimli işinə qayıtmaq arzusundadı. Özü də o, Afina-2004-də bürünc, Pekin-2008-də qızıl, London-2012-də gümüş medal qazandığı Ukrayna millisinə dönməyi planlaşdırır.

 

O bildirib ki, əgər alınsa, evə qayıdıb doğma komandasında çıxış edəcək: “Tokio-2020-də öz ölkəm üçün mübarizə aparmaq istəyirəm. Çünki daxildə, qanda özümünkü qalır. Sən Azərbaycanda olanda prinsipcə işdəsən. Nəticə qazananda da həmin mənəvi məmnunluq olmur ki, onu öz rənglərində görəsən. Məndə gələcəkdə də hər şeyin alınacağını düşünürəm”.

 

Qeyd edək ki, 35 yaşlı Osipenko-Radomskaya 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də Bakı-2015-in finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. 2016-cı ildə isə o, Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. Osipenko-Radomskaya Rio Olimpiadasında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

 

O, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamına əsasən təltif olunub. Olimpiadanın bürünc mükafatçı İnna Osipenko-Radomskaya "Tərəqqi" medalına da layiq görülüb.

 

 

 

0