[b]İslamiada: Azərbaycan daha bir medal qazandı[/b]
16.05.2017 - 12:17
[b]İslamiada: Azərbaycan daha bir medal qazandı[/b]

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yarışların 5-ci günündə ölkəmizin aktivinə ilk mükafatı Nigar Nəsirova gətirib.

 

İdmançımız güllə atıcılığı yarışında fərqlənib. Nigar 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub. Bürünc medal üçün snayperimizə 211,5 xal kifayət edib.

 

İranlı Gölnuş Sebqatullahi 239,3 xalla 1-ci, misirli Afaf Elhodod 3-cü olub.

 

Bu növdə mübarizə aparan digər təmsilçimiz Zərifə Qasımova 171 xalla 5-ci yeri tutub.

 

Qeyd edək ki, Nigar Azərbaycan yığmasına 13-cü bürünc olmaqla 69-cu medalı qazandırıb. İdmançılarımızın hesabında 33 qızıl və 23 gümüş də var.

0