[b]İslamiada: Millimizdən 34-cü qızıl medal[/b]
16.05.2017 - 13:06
[b]İslamiada: Millimizdən 34-cü qızıl medal[/b]

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan növbəti medalını əldə edib. Apasport.az saytının məlumatına görə, bu dəfə para atletikaçımız fərqlənib.

 

Belə ki, kişilər arasında nüvə itələmə yarışında həmyerlimiz Samir Nəbiyev 13.95 göstərici ilə hamını qabaqlayaraq, qızıl medala sahib çıxıb. Bu, Azərbaycanın qazandığı 34-cü qızıl, ümumilikdə 70-ci medaldır.

 

Növbəti yerləri isə iranlı idmançılar tutublar. Cavid Şakib Ehsani gümüş, Cavad Dalakeh isə bürünc mükafata layiq görülüb.

0