[b]Dortmund “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşdi[/b]
16.05.2017 - 14:26
[b]Dortmund “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşdi[/b]

Dortmund “Borussiya”sı mövsümün sonunda baş məşqçi Tomas Tuhellə yollarını ayıracaq. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb çalışdırıcının həm prezident, həm də oyunçularla problem yaşamasıdı.

 

Dortmund təmsilçisi artıq yeni baş məşqçisini də tapıb. Bundesliqa klubu “Nitsa”nın çalışdırıcısı Lusyen Favre ilə anlaşıb. İlkin razılığa görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, 2011-2015-ci illərdə Mönhenqladbax “Borussiya”sını çalışdırmış Lusyen Favre bu mövsüm “Nitsa”ya Fransa 3-cülüyünü qazandırıb.

0