[b]İslamiada: Azərbaycanın 37-ci “qızıl”ı atletikadan gəldi[/b]
16.05.2017 - 18:42
[b]İslamiada: Azərbaycanın 37-ci “qızıl”ı atletikadan gəldi[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız bu dəfə atletikada fərqlənib.

 

Belə ki, qadınların diskatma yarışında Anna Skidan birinci olub. O, 75.29 m nəticə göstərib. Bununla Skidan ən yaxın izləyiciləri türkiyəli Kaya Salman (67.41 metr) və Mərakeş təmsilçisi Sukayna Zakkuru (63.10 metr) qabaqlayıb.

 

Qeyd edək ki, bu, yığmamızın İslamiadadakı 37-ci qızıl medalı olub. 

0