[b]İslamiada: Sarıyevadan “bürünc”[/b]
16.05.2017 - 18:47
[b]İslamiada: Sarıyevadan “bürünc”[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında növbəti dəfə medal sevincini yaşayıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız yenə atletikada fərqləniblər.

 

Belə ki, üç təkanla tullanma yarışında Yekaterina Sarıyeva millimizin aktivinə “bürünc” yazdırıb. O, 12.81 m nəticə göstərib.

 

Yarışda qızıl medalı Seneqal təmsilçisi Sanqone Kandji əldə edib. O, 13.05 metr hündürlüyə tullandığı halda, ikinci yerin sahibi kamerunlu Joelle Mbumi (12.84) olub.  

 

 

 

0