[b]İslamiada: Para atletimiz 1-ci oldu[/b]
16.05.2017 - 19:12
[b]İslamiada: Para atletimiz 1-ci oldu[/b]

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında növbəti mükafatını əldə edib. Apasport.az saytının məlumatına görə, para atletimiz Oloxan Musayev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 

Kişilərin nüvə itələmə yarışında 11.86 metrlik nəticə göstərən Musayev qızıl medala layiq görülüb.

 

Gümüş və bürünc mükafatlara İran idmançıları yiyələniblər. Alireza Qalen Nasseri 2-ci, Ali Muhammadyari isə 3-cü yeri tutub.

0