[b]İslamiada: Maksim Şemberevdən 4-cü çempionluq[/b]
16.05.2017 - 19:13
[b]İslamiada: Maksim Şemberevdən 4-cü çempionluq[/b]

Azərbaycan yığmasının üzgüçüsü Maksim Şemberev Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4-cü qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı idmançımız 800 metr məsafəyə sərbəst üsulla üzməkdə fərqlənib.

 

Maksim məsafəni 7 dəqiqə 54,34 saniyəyə qət edib. O, indoneziyalı Afla Praviranı 21,66, türkiyəli Ediz Yıldırımeri 22,32 saniyə qabaqlayıb.

 

Qeyd edək ki, Şemberev bunadək sərbəst üsulla 1500 m, batterflyayla 200 m, kompleks üsulla 400 m məsafədə də rəqiblərini qabaqlamışdı.

0