[b]İslamiada: İdmançımız hamını qabaqladı[/b]
16.05.2017 - 19:36
[b]İslamiada: İdmançımız hamını qabaqladı[/b]

Azərbaycan para atletikaçıları IV İslam Həmrəyliyi Oyunlarında ardıcıl ikinci qızıl medalı qazanıblar. Apasport.az saytının məlumatına görə, bu dəfə Yelena Çebanu fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 

O, qadınların 100 metr məsafəyə qaçışında finişə hamıdan tez çatıb. Bu məsafəni 12.09 saniyəyə qət edən idmançımız indoneziyalı Endanq Sitorusu (12.89) qabaqlayıb. Bürünc medalın sahibi isə Mərakeş para atleti Meryem En-Nurhi (15.00) olub.

 

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl kişilərin nüvə itələmə yarışında Oloxan Musayev qızıl medala layiq görülüb.

0