“Çelsi” ilə anlaşma olmasa, “Atletiko” 60 milyon verəcək
16.05.2017 - 21:26
“Çelsi” ilə anlaşma olmasa, “Atletiko” 60 milyon verəcək

“Torino”nun hücumçusu Andrea Belottinin müştəriləri getdikcə artır. Apasport.az saytının məlumatına görə, “Çelsi”dən sonra “Atletiko” da italiyalı oyunçu üçün hərəkətə keçib.

 

“Hindular” turinlilər ilə londonlular arasında anlaşma baş tutmayacağı halda real təkliflə çıxış edəcək. Madrid klubu Belotti üçün 60 milyon avro ödəməyə hazırdı.

 

Qeyd edək ki, “Torino” ilə oyunçu arasında müqavilənin şərtlərinə görə, futbolçunun sərbəst qalmaq məbləği 100 milyon avrodur. 

0