[b]İslamiada: Medalçıları Kəmaləddin Heydərov mükafatlandırdı[/b]
16.05.2017 - 21:39
[b]İslamiada: Medalçıları Kəmaləddin Heydərov mükafatlandırdı[/b]

Taekvondo üzrə Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına uğurlu start götürüb. Apasport.az saytının məlumatına görə, ilk gündə komandamız aktivinə 2 medal yazdırıb.

 

Bunlardan birinin əyarı qızıl, digərinin isə gümüş olub. Qadınların yarışında 57 kq çəki dərəcəsində mübarizə aparan Yaprak Eriş fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 

Ona qızıl medalı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb. 

0