Çempiondan çempiona 6.5 milyona - FOTO
16.05.2017 - 21:53
Çempiondan çempiona 6.5 milyona - FOTO

Çempionşipdə çempion olaraq Premyer Liqaya vəsiqə qazanan “Nyukasl” ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “sağsağanlar” ötən mövsümü icarə əsasında heyətində keçirmiş Kristian Atsu ilə rəsmi anlaşma imzalayıb.

 

Müqavilə ilə Premyer Liqa çempionu “Çelsi”yə məxsus olan Atsu ilə 4 illik razılaşma əldə edilib. Bunun müqabilində isə “zadəganlar”a 6.5 milyon funt ödənilib.

 

Qeyd edək ki, geridə qalan mövsüm 32 oyunda meydana çıxan 25 yaşlı oyunçu 5 qola imza atıb. 

0