[b]Nəsillərarası əbədi polemika futbolda: Atalar və oğullar - FOTOSESSİYA[/b]
17.05.2017 - 00:05
[b]Nəsillərarası əbədi polemika futbolda: Atalar və oğullar - FOTOSESSİYA[/b]

Dünya yaranandan bəri davam edən əzəli atalar və oğullar polemikası futbol dünyasından da yan keçməyib. Bir zamanların böyük ulduzlarının övladları hazırda yaşıl meydanlarda “at oynadırlar”. Onlardan bəziləri artıq özünü təsdiq etmiş, komandlarının önəmli simalarıdırsa, bəziləri də yeni-yeni özlərini sübut etməyə çalışırlar.

 

Apasport.az saytı müxtəlif yaş qrupundan olan məşhur futbolçuların uğrulu və uğursuz futbolçu övladlarını təqdim edir.

 

1. Kasper Şmeyxel

 

Image result for Casper Schmeichel

 

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxelin oğlu olan Kasper də atası kimi “çərçivəni qorumağı” özünə peşə seçib. Artıq özünü sübut etmiş, təcrübəli futbolçu kimi tanınan kiçik Şmeyxel aşağı yaş qruplarından yetişdiyi “Mançester Siti”dən sonra bir neçə klub gəzsə də, son olaraq “Lester”də qərar tutdu. Ötən mövsüm böyük sürprizə imza ataraq Premyer Liqa çempionu olan “tülkülər”in əsas oyunçularından Şmeyxeli atasının layiqli davamçısı hesab etmək olar.

 

2. Federiko Kyeza

 

Image result for Federico Chiesa

 

Bir zamanlar İtaliya futbolunun önəmli oyunçularından olan, milli komandada 22 oyun keçirmiş Enriko Kyezanın oğlu Federiko da atasının yolu ilə gedənlərdəndi. “Fiorentina”nın yetirməsi olan 19 yaşlı hücumçu hazırda “bənövşəyilər”in şərəfini qoruyur. Gənc olmasına baxmayaraq kifayət qədər forma şansı əldə edən kiçik Kyeza İtaliya gənclər millisinə də dəvət alır. Maraq üçün qeyd edək ki, ötən mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la rəqib olan “Fiorentina”nın heyətində hər iki oyunda forma geyinmiş futbolçu Bakıdakı matçda fərqlənməyə də imkan tapmışdı.

 

3. Covanni Simeone

 

Related image

 

Hazırda “Atletiko”nun baş məşqçisi postunda inamla oturan, futbolçu həyatında isə “İnter”, “Latsio”, “Atletiko” və Argentina millisi ilə bir-birindən uğurlu illər keçirən Dieqo Simeonenin oğlu olan Covanni yeni-yeni məşhur olmağa başlayan gənclərdəndi. “River Pleyt”in yetirməsi olan futbolçu atasından fərqli olaraq hücumçu mövqeyində çıxış edir. Başa çatmaqda olan mövsümdə işləri heç də yaxşı getməyən və aşağı dəstəyə yuvarlanmaq təhlükəsini hələ sovuşdurmamış “Cenoa”da çıxış edən oyunçu komandasından fərqli olaraq mövsümü yaxşı keçirib. 34 oyunda meydana çıxan Covanni 11 qola imza atıb. Kiçik Simeone Argentinanın gənclər millisinə də dəvət alır.

 

4. Castin Klayvert

 

Image result for Justin Kluivert

 

 Bir dönəm Hollandiya millisinin, “Ayaks” və “Barselona”nın əsas oyunçularından olan Patrik Klayvertin oğlu olan Castin də atası kimi yaxşı qolçu olacağının ilk siqnallarını verib. “Ayaks”da yetişib, hazırda Amsterdam klubunun əsas komandasında oynayan kiçik Klayvert artıq özünü sübut etməyə başlayıb. Bu mövsüm “Ayaks”ın heyətində 14 oyunda meydana çıxıb 2 qola imza atan 18 yaşlı hücumçu diqqətləri üzərinə çəkə bilib.

 

5. Enzo Zidan

 

Image result for Enzo Zidan

 

Futbol tarixinin gəlmiş-getmiş ən böyük oyunçularından hesab olunan Zinəddin Zidanın oğlu Enzo atasının peşəsini davam etdirənlərdəndi. “Yuventus” futbol məktəbinin yetirməsi olan kiçik Zidan gələcək karyerasında atasının soyadının təzyiqi altında qalmasın deyə Fernandez soyadından istifadə edir. Hazırda Madrid “Real”ının B komandasında oynayan yarımmüdafiəçi ara-sıra əsas komandanın baş məşqçisi olan atası tərəfindən heyətə cəlb olunsa da, debüt etmək imkanı qazanmayıb. Texnikası, oyun tərzi və meydanı görmək bacarığı ilə atasını andıran Enzonun gələcəyin ulduzlarından olacağı gözlənilir.

 

6. Kristian Maldini

 

Image result for Christian MAldini

 

Ailəlikcə futbolçu olan Maldinilərin ən kiçiyi Kristian babası Çezare və atası Paolonun yolu ilə gedir. Düzdü, özündən əvvəlkilər kimi hələlik uğurlu çıxış edə bilməyən Kristian “Milan”ın futbol məktəbində yetişsə də, peşəkar karyerasında stabillik əldə edə bilməyib. Artıq 22 yaşında olan ən kiçik Maldini hazırda D seriyasında çıxış edən “Pro Sesto”nun şərəfini qoruyur.

 

7. İannis Haci

 

Image result for İannis Hagi Fiorentina

 

Karyerası boyunca “Real”, “Barselona” kimi nəhənglərin formasını geyinmiş, ən yaxşı vaxtlarında isə “Qalatasaray”da çıxış etmiş “Karpatların Maradonası” Corc Hacinin oğlu olan İannis artıq tanınmağa başlayıb. “Styaua”nın yetirməsi olan 18 yaşlı yarımmüdafiəşi “Vitorul”dakı uğurlu karyerasından sonra “Fiorentina”ya transfer oldu. Atası kimi əfsanə olacaqmı bilinmir, ancaq ən azından ümid verən oyunçulardandır.

 

8. Matteus Oliviera Bebeto

 

Image result for Mattheus Oliviera Bebeto Sporting

 

Braziliyalı hücumçu Bebetonun oğlu Matteus da atasının yolunu davam etdirənlərdəndi. DÇ-1994 davam edərkən və doğumuna atası tərəfindən qol sevinci hədiyyə edilən 22 yaşlı Matteus bugünlərdə Portuqaliya “Sportinq”inə transfer oldu. Buna qədər isə “Flamenqo” və “Estoril”də çıxış etmiş yarımmüdafiəçi Braziliyanın gənclər yığmasına da dəvət alıb.

 

9. Miçel Berqkamp

 

Related image

 

Hollandiya futbolunun dünyaya bəxş etdiyi ən böyük oyunçulardan biri Dennis Berqkampın oğlu Miçel də futboldan kənar qalmayıb. Karyerasına “Spakenburq”da başlayan 18 yaşlı vunderkind hazırda “Almere”də çıxış edir. Onun da atası kimi uğurlu karyera quracağında inam böyükdür.

 

10. Bruklin Bekhem

 

Image result for Broocklin Beckham football

 

Atası dünya futbolunun ən məşhur simalarından olan Bruklin də həyatını futbolla davam etdirmək istəyir. Bir neçə klubun aşağı yaş qruplarına cəlb olunan, ancaq istəniləni verə bilməyən Bruklinin atası Devidə çatmaq üçün hələ uzun yol qət etməsi lazımdır.

 

Zaur XUDİYEV

0