[b]Millimiz böyük hesabla uduzdu[/b]
17.05.2017 - 10:39
[b]Millimiz böyük hesabla uduzdu[/b]

Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf Turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

 

Millimiz ilk turda Ukrayna yığması ilə qarşılaşıb. Komandamız bu görüşdə 0:3 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, millimiz sabah keçiriləcək II turda Qazaxıstanla qarşılaşacaq.

0