[b]İslamiada: Azərbaycan və Türkiyə milliləri finalda - YENİLƏNİB[/b]
17.05.2017 - 20:50
[b]İslamiada: Azərbaycan və Türkiyə milliləri finalda - YENİLƏNİB[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutan qadın voleybolçuların yarışında yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan görüşlərdən sonra finalın iştirakçıları müəyyənləşib.

 

Azərbaycan yığması çətinlik çəkmədən Tacikistanı məğlub edib. Asiyalılar üç setdə ümumilikdə 22 xal toplayıb. Sonuncu setdə isə komandamız hesab 17:0 olana qədər rəqibə xal qazanmaq imkanı verməyib. Bununla da millimiz ardıcıl 4-cü qələbə ilə finala yüksəlib.

 

Türkiyə millisi isə Qırğızıstanla qarşılaşıb. “Ay-ulduzlular” rəqibini çətinlik çəkmədən məğlub etməyi bacarıb. Beləliklə, sabah keçiriləcək final matçında yarışın favoritləri Azərbaycanla Türkiyə görüşəcək. Tacikistanla Qırğızıstan isə bürünc medallar uğrunda mübarizə aparacaq.

 

İslam Həmrəyliyi Oyunları

Voleybol, qadınlar

Yarımfinal

 

Azərbaycan – Tacikistan - 3:0 (25:6, 25:10, 25:6)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

“Bakı Kristal Zal”

 

Türkiyə - Qırğızıstan – 3:0 (25:9, 25:14, 25:12)

“Bakı Kristal Zal”

 

0