[b]İslamiada: 13 medalçı mükafatını aldı[/b]
17.05.2017 - 13:20
[b]İslamiada: 13 medalçı mükafatını aldı[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi “Zəfər günləri” keçirilib. Apasport.az saytının məlumatına görə, dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, eyni zamanda MOK-un baş katibinin müavini Azər Əliyev və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər.

 

Rəsmilər dünən 2 qızıl medal qazanmış Maksim Şemberev (üzgüçülük, 200 m batterflyay və 800 m sərbəst üsulla), həmçinin digər “qızıl” sahibləri - Samir Nəbiyev (paraatletika, nüvəitələmə), Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Anna Skidan (atletika, diskatma), Oloxan Musayev (paraatletika, nüvəitələmə), Yelena Çebanu (paraatletika, 100 m) və Yaprak Eriş (taekvondo, 57 kq), gümüş medalçı Qaşım Maqomedov (taekvondo, 54 kq), eləcə də “bürünc” əldə etmiş Nigar Nəsirova (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Yekaterina Sarıyeva (atletika, üçtəkanla tullanma), Rövşən Fətullayev (ağır atletika, 94 kq) və üzgüçülük yığmasını (sərbəst üsul, 4x100 m; Alsu Bayramova, Yuliya Stasyuk, İlahə Raciyeva,Fatimə Əlkərimova) mükafatlandırıblar.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yığmamız dünən aktivinə 13 medal (8 “qızıl”, 1 “gümüş”, 4 “bürünc”) yazdırıb.

 

0