[b]Paraatletimiz 2-ci dəfə çempion oldu[/b]
17.05.2017 - 13:33
[b]Paraatletimiz 2-ci dəfə çempion oldu[/b]

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan günün ilk qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamıza 42-ci çempionluq sevincini paraatletika üzrə lövhə atma yarışlarında Samir Nəbiyev yaşadıb.

 

O, 45.17 m nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb. İordaniyalı Amer Abdelaziz gümüş (42.08), misirli Metava Abuelkir isə (41.43) bürünc mükafata yiyələnib.

 

Qeyd edək ki, bu, Samir Nəbiyevin İslamiadada ikinci qızıl medalıdı. O, dünən nüvə itələmə yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

0