[b]Samir Abasov Xorvatiyaya yollandı[/b]
17.05.2017 - 13:54
[b]Samir Abasov Xorvatiyaya yollandı[/b]

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyev Xorvatiyaya yollanıblar. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mütəxəssislər Zaqreb "Dinamo"su əldə olunmuş razılığa əsasən, adıçəkilən klubun düşərgəsində olacaqlar.

 

Təcrübə qazanmaq məqsədi ilə mayın 20-dək baş tutacaq səfər AFFA-nın və Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilir.

 

Təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridi. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

 

Hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün ərzində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilər 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Xorvatiyada keçirilən Avropa çempionatının final matçını da izləyəcəklər.

 

0