[b]“Mən 5 yumruq vuranda, rəqib birini vururdu” - Tayfur Əliyev[/b]
17.05.2017 - 14:05
[b]“Mən 5 yumruq vuranda, rəqib birini vururdu” - Tayfur Əliyev[/b]

"Mən uduzduğumu düşünmürəm ". Apasport.az saytının məlumatına görə, bunu boksçu Tayfur Əliyev deyib.

 

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında 56 kq çəki dərəcəsində yarımfinala qədər irəliləyən təmsilçimiz bu mərhələdə özbəkistanlı Abdulxay Şaraxmatova yenilərək (0:5) bürünc medal qazanıb.

 

Məğlubiyyəti şərh edən Əliyev rəqibinin ondan yaxşı döyüşmədiyini düşünür: “Məşqçilərim deyirlər ki, bir az ləng işlədim. Ancaq rinqdən sonra öz döyüşümü yenidən izlədim. Rəqibim mənə qalib gələcək bir şey etmədi. Dayanıb arada bir yumruq atırdı. Mən 5 yumruq vuranda, o birini vururdu. Vallah, başa düşə bilmirəm".

 

I Avropa Oyunlarının bürünc mükafatçısı özbəkistanlı idmançını əvvəllər məğlub etdiyini söyləyib: “Rəqibimlə 2012-ci ildə qarşılaşmışdım və ona qalib gəlmişdim. İndi də qələbə gözləyirdim. Bütün raundlarda üstünlük məndə idi. Özümdə bir səhv görə bilmirəm. Düzdü, bir az da “artırıb”, işləyə bilərdim. Ancaq hakimlərin xalı ona verməsi düzgün deyildi".

 

0