[b]“Qarabağ”ın qonağı: ingilis məşqçi Ndlovunu izləyəcək[/b]
17.05.2017 - 16:04
[b]“Qarabağ”ın qonağı: ingilis məşqçi Ndlovunu izləyəcək[/b]

“Qarabağ”ın hücumçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikası (CAR) yığmasına çağırıla bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu CAR millisinin yeni baş məşqçisi Styuart Bakster deyib.

 

O bildirib ki, əvvəlki çalışdırıcıdan fərqli, karyerasını Avropada davam etdirən CAR futbolçularının çıxışını yerində izləyəcək. Baksterin siyahısında olan futbolçulardan biri də məhz Ndlovudu. Onunla yanaşı, Kamohelo Mokoco (“Tvente”), Bonqani Zunqu (“Gimaraeş”), Kermit Erasmus (“Lans”), Luter Sinq (“Braqa”), Tabo Sele (“Benfika” B) və Kiqan Dolli (“Monpelye”) ingiltərəli mütəxəssisin maraq dairəsindədi.

 

64 yaşlı çalışdırıcı bu üzdən vaxtının çoxunu Avropada keçirəcəyini vurğulayıb: “CAR-dan olan bütün futbolçular izlənilməyə layiqdilər. Mən onlara bu imkanı yaradacam. O futbolçular klublarında ehtiyatda oturmamalı, müntəzəm oynamalıdılar. Futbolçuları izləmək üçün Avropa ölkələrini gəzəcəm, ölkədə daha az olacam”.

 

Qeyd edək ki, Styuart Baksterin rəhbərliyi altında CAR yığması ilk oyununa iyunun 10-da Nigeriya ilə seçmə mərhələ matçında çıxacaq.

0