[b]İslamiada: Üzgüçülərimiz son yarışda fərqləndi[/b]
17.05.2017 - 18:43
[b]İslamiada: Üzgüçülərimiz son yarışda fərqləndi[/b]

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız bu dəfə üzgüçülükdə fərqlənib.

 

4x100 m məsafəyə kompleks üsulu ilə üzən yığmamız finişə 3-cü çatıb. Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rciyeva və Alsu Bayramovadan ibarət “dördlük” bürünc mükafata yiyələnib.

 

Komandamız Türkiyədən 21,64, İndoneziyadan 16,90 saniyə geri qalıb. 4 yığmanın mübarizəsində sonuncu pilləni isə Pakistan tutub.

 

Qeyd edək ki, təmsilçilərimizin fərqləndiyi estafetlə üzgüçülük yarışlarına yekun vurulub.

0