[b]Het-trik etdi, çempion oldu, futboldan getdi[/b]
17.05.2017 - 19:15
[b]Het-trik etdi, çempion oldu, futboldan getdi[/b]

Hollandiyalı futbolçu Dirk Küyt karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, bir vaxtlar “Fənərbaxça”nın da formasını geyinmiş hücumçu 36 yaşında getmək qərarı verib.

 

Uzun müddət “Liverpul”da da oynamış Küyt son iki ili doğma klubu, karyerasının ən yaxşı illərini keçirdiyi “Feyenoord”da çıxış edib. Bu mövsüm roterdamlıların heyətidə Hollandiya çempionluğu qazanmış futbolçu Erediviziadakı və həm də karyerasındakı son oyununda “Herakles” qarşısında het-trik edib.

 

Qeyd edək ki, Hollandiya millisində də 103 oyun keçirmiş Küyt narıncı forma ilə 24 qola imza atıb. 

0