[b]Taekvondoçumuz çempionluğu barədə: Zədəm çox olsa da...[/b]
17.05.2017 - 21:52
[b]Taekvondoçumuz çempionluğu barədə: Zədəm çox olsa da...[/b]

“Zədəm çox idi. Buna görə də, görüşlərim bir az çətin keçirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri taekvondoçu Milan Beiqi Harçeqani deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb. O, həlledici görüşdə Türkiyə təmsilçisi Yunus Sarı ilə qarşılaşıb və 9:5 hesablı qələbəyə sevinib.

 

Harçeqani bildirib ki, növbəti hədəfi eyni uğuru dünya çempionatında təkrarlamaqdı: “Şükür Allaha, qalib gəlib, İslamiadada çempion oldum. Qarşıdan isə dünya çempionatı gəlir. Orada da yaxşı nəticə əldə etməyə çalışacağam”.

 

 

0