[b]İslamiada: Millimiz finalda Omanla qarşılaşacaq - YENİLƏNİB[/b]
18.05.2017 - 21:08
[b]İslamiada: Millimiz finalda Omanla qarşılaşacaq - YENİLƏNİB[/b]

IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, U-23 millimiz adını finala yazdırmağı bacarıb.

 

Mübarizəyə A qrupunda başlayan Yaşar Vahabzadənin yetirmələri keçirdikləri 3 görüşün 1-də qələbə qazanıb, 2-də isə heç-heçə edərək, yarımfinala adlamışdılar. Qrupda aktivinə 5 xal yazdıran və qapısında top görməyən Azərbaycan yığması digər qrupun lideri Əlcəzairi sınağa çəkib.

 

Komandamız hər hissədə bir qol vuraraq, yoluna davam edib. Ev sahiblərinin qollarına “Neftçi”nin futbolçuları Ruslan Abışov və Məqsəd İsayev imza atıblar. 

 

Digər yarımfinal görüşündə isə Kamerun və Oman yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq olan (4:3) omanlılar qələbə qazanıblar. 

 

Beləliklə, mayın 21-də keçiriləcək final matçında yığmamız Oman millisi ilə qarşılaşacaq. 

 

 

İslam Həmrəylik Oyunları

Futbol

Yarımfinal

 

Əlcəzair – Azərbaycan - 0:2

Qollar: Ruslan Abışov, 39; Məqsəd İsayev, 58

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə 

"Dalğa Arena"

 

 

Kamerun – Oman - 0:0 (penaltilərlə 3:4)

0