[b]“Mümkün olan bütün titulları qazanmışam” – Radik İsayev[/b]
17.05.2017 - 23:15
[b]“Mümkün olan bütün titulları qazanmışam” – Radik İsayev[/b]

“Yarış çox uzun çəkdi, nəticədə qalib gəldim. Sevincliyəm, İslamiada da çox yaxşı keçir”. Apasport.az saytının məlumatına görə, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Radik İsayev deyib.

 

Bakıda keçirilən mötəbər turnirin qalibi olan +87 kq dərəcədəki təmsilçimiz qələbəsini belə şərh edib: “Bir ay sonra dünya çempionatı keçiriləcək. Mundiala da çox ciddi hazırlaşacam. Mümkün olan bütün titulları qazanmışam. Medallarımız çoxdur. Sabah komanda yoldaşlarım yarışacaq. Onlara da uğurlar arzulayıram”.

0