[b]İslamiada: Atletlərimiz 1 qızıl, 1 gümüş medal qazandı[/b]
18.05.2017 - 17:45
[b]İslamiada: Atletlərimiz 1 qızıl, 1 gümüş medal qazandı[/b]

Para atletika üzrə Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, atletlərimiz bir növdə iki medal əldə ediblər.

 

Belə ki, 100 metr məsafəyə qaçışda Nurlan İbrahimov 11.60 saniyəlik göstərici ilə finişə hamıdan öndə çatıb. Onun komanda yoldaşı Elçin Muradova isə gümüş medal qazanmaq üçün 11.64 saniyəlik nəticə göstərmək kifayət edib.

 

Yarışda 3-cü yeri iranlı Araş Xosravi (11.66) tutub

0