[b]İslamiada: Suyatullanmada ilk medal[/b]
18.05.2017 - 17:53
[b]İslamiada: Suyatullanmada ilk medal[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında suyatullanma yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu növdə ilk medal dəsti kişilərin 3 metrlik tramplindəki çıxışlarına əsasən sahibini tapıb.

 

Cəmi 6 idmançının mübarizə apardığı yarışda Azərbaycan da medalsız qalmayıb. İki təmsilçimizdən biri fəxri kürsüyə yüksəlməyi bacarıb. 331,25 xal toplayan Dmitri Sorokin yarışı 3-cü pillədə başa vurub. O, suyatullanma yığmamıza ilk bürüncü qazandırıb.

 

İranlı Mojtaba Valipur 338,35 xalla çempion adını qazanıbsa, 332,40 xala layiq görülən indoneziyalı Aldiansyah Rafi gümüşə yiyələnib.

 

Digər təmsilçimiz Artyom Danilov isə yarışı 5-ci pillədə başa vurub. O, 323,95 xal yığa bilib.

0