[b]“Onun ayaq və qolları yaxşı açılmışdı” - FOTO[/b]
18.05.2017 - 18:03
[b]“Onun ayaq və qolları yaxşı açılmışdı” - FOTO[/b]

“Bu yarışa keçən ildən hazırlaşırdım. Zənciri qıra bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri boksçumuz Tayfur Əliyev deyib.

 

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında 56 kq çəki dərəcəsində mübarizə aparan Əliyev bürünc medal əldə edib.

 

20 yaşlı boksçu yarımfinal mərhələsindəki məğlubiyyətinin səbəbini təcrübəsizlikdə görüb: “Bilirdim ki, yarış çətin olacaq. Ona görə də çox güclü hazırlaşmışdım. Çünki bu yarış mənim üçün çox böyük önəm daşıyırdı və öz təcrübəmə inanırdım. Amma döyüş istədiyim kimi alınmadı. Uduzduğum döyüşçü isə məndən təcrübəli idi. Onun ayaq və qolları yaxşı açılmışdı. Məğlubiyyətimin səbəbini bununla izah edirəm. Avropa Oyunlarındakı kimi, burda da zənciri qıra bilmədim. Ancaq inanıram ki, növbəti yarışlarda qələbə əldə edəcəm”.

0