[b]Tamerlan Abdullayev: Tam istədiyim kimi vuruşa bilmədim [/b]
18.05.2017 - 19:26
[b]Tamerlan Abdullayev: Tam istədiyim kimi vuruşa bilmədim [/b]

“Döyüş ağır keçdi. Tam istədiyim kimi vuruşa bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks millimizin üzvü Tamerlan Abdullayev deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda özbəkistanlı Bobo-Usman Baturovla qarşılaşıb. Abdullayev ilk iki raundda üstün nəzərə çarpsa da, sonda məğlubiyyətə məruz qalıb (0:5).

 

Gümüş mükafatçı finaldakı məğlubiyyətini şərh edib: “Qaşlarımın partlaq olması mənə yaxşı döyüşmək üçün imkan vermirdi. Yaxından döyüşə bilmirdim. Qorxurdum ki, qaşlarım açılar və qanı dayandıra bilməzlər. Qaşlarımın partlamasına baxmayaraq, həkimlər sağ olsunlar, döyüşü saxlamadılar. Bundan sonrakı yarışlarda qızıl medal əldə etməyə çalışacağam”.

0