[b]İslamiada: Kim neçə medal qazanıb?[/b]
18.05.2017 - 21:42
[b]İslamiada: Kim neçə medal qazanıb?[/b]

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yeddinci günündə 17 medal qazanıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız 9 qızıl, 4 gümüş və 4 bürünc medal əldə ediblər.

 

Cavid Çələbiyev (boks, 60 kq), Nurlan İbrahimov (paraatletika, 100 m), Kamran Məmmədov (yunan-Roma güləşi, 66 kq), Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq), İslam Abbasov (yunan-Roma güləşi, 85 kq), Teymur Məmmədov (boks, 91 kq)

Məhəmmədrəsul Məcidov (boks, +91 kq), Ramin Əzizov (taekvondo, 87 kq), qadınlardan ibarət voleybol yığması (Ceyran Əliyeva, Kseniya Koçyığıt, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yelizaveta Səmədova, Yana Kulan, Katerina Jidkova, Valeriya Məmmədova, Kristina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibiova) qızıl medal qazanıb.

 

Elçin Muradov (paraatletika, 100 m), Tamerlan Abdullayev (boks, 69 kq), Kamran Şahsuvarlı (boks, 75 kq), Rauf Rəhimov (boks, 81 kq) isə 2-ci yeri tutub.

 

Bürünc medala isə Tayfur Əliyev (boks, 56 kq), Dmitri Sorokin (suyatullanma, 3 m tramplin), Məhəmməd Məmmədov (taekvondo, 63 kq) və Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) sevinib.

 

Bununla da yığmamızın İslam Həmrəyliyi Oyunlarında qazandığı medal sayı 116-ya çatıb. Təmsilçilərimiz 59 qızıl, 33 gümüş və 24 bürünc medal əldə edib.

 

Komandamız bu göstərici ilə ümumi hesabda ikinci pillədə qalıb. Azərbaycan yığması yalnız Türkiyədən geridədi.

 

Ümumilikdə isə 7 gün ərzində 199 dəst medal sahibini tapıb. Bu mükafatları 34 ölkədən olan idmançılar qazanıb. Çempionluq sevincini isə 23 yığma üzvləri yaşayıb.

 

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

60

52

43

155

2

Azərbaycan

59

33

24

116

3

İran

16

22

29

67

4

Özbəkistan

14

14

26

54

5

Əlcəzair

7

12

16

35

6

İndoneziya

6

25

20

51

7

Misir

6

4

7

17

8

Bəhreyn

6

2

3

11

9

Mərakeş

4

3

9

16

10

İordaniya

3

1

11

15

11

Səudiyyə Ərəbistanı

3

0

6

9

12

Türkmənistan

2

4

5

11

13

İraq

2

4

3

9

14

Qırğızıstan

2

3

7

12

15

Qazaxıstan

2

2

6

10

16

Suriya Ərəb Respublikası

1

2

6

9

17

Kamerun

1

2

4

7

18

Tunis

1

1

8

10

19

Qətər

1

1

5

7

20-21

Banqladeş

1

1

0

2

 

Qambiya

1

1

0

2

22-23

Benin

1

0

1

2

 

Seneqal

1

0

1

2

24-25

Oman

0

2

3

5

 

Pakistan

0

2

3

5

26-27

Qayana

0

1

2

3

 

Birləşmiş Ərəb Əmirliyi

0

1

2

3

28

Cibuti

0

1

1

2

29-30

Nigeriya

0

1

0

1

 

Uqanda

0

1

0

1

31

Fil Dişi Sahili

0

0

3

3

32

Surinam

0

0

2

2

33-34

Livan

0

0

1

1

 

Malayziya

0

0

1

1

 

Cəmi

200

198

258

656

 

0