[b]İngilislər “yalançılar”ı ağır cəzalandıracaqlar[/b]
18.05.2017 - 22:18
[b]İngilislər “yalançılar”ı ağır cəzalandıracaqlar[/b]

İngiltərə Futbol Federasiyası yeni mövsümdən inqilabi qərarlar qəbul edəcək. Apasport.az saytının məlumatına görə, yerli federasiya oyun vaxtı simuliyasiyaya yol verən futbolçuları ağır cəzalandıracaq.

 

Belə ki, matçı uzatmaq, penalti zərbəsi qazanmaq, hakimi aldatmaq və s. səbəblərdən yalandan yerə yıxılan, özünü zədəli kimi göstərən futbolçular iki oyuna qədər cəza alacaqlar.

 

Bundan başqa, oyun zamanı hakimin gözündən yayınan epizodlarla bağlı qərarlar da sonradan verilə biləcək. 

0