[b]Voleybol millimizdən möhtəşəm ifa - VİDEO[/b]
19.05.2017 - 00:15
[b]Voleybol millimizdən möhtəşəm ifa - VİDEO[/b]

IV İslam Həmrəyliyi Oyunlarının qadın voleybolu yarışlarında çempion olan milli komandamız mükafatlarına qovuşub. Apasport.az saytının məlumatına görə, final matçından sonra komandamıza medalları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Naziri Azad Rəhimov və Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov təqdim edib.

 

Təqdimat mərasimindən sonra isə dövlət bayrağımız dalğalandırılıb, himnimiz səsləndirilib. Mərasim zamanı komanda üzvlərinin hamılıqla və kimi böyük coşğu ilə dövlət himnini oxuması həm zala toplamış azarkeşlər, həm də televiziya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, Oyunların finalında Türkiyə ilə qarşılaşmış komandamız komandamız 3:1 hesablı qələbə qazanaraq çempion olub.

 

 

0