[b]“Qəbələ”nin rəqibi çempion oldu[/b]
19.05.2017 - 00:39
[b]“Qəbələ”nin rəqibi çempion oldu[/b]

Belçika Jüpiler Liqasında çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, marafonu “Anderlext” qalib kimi bitirib.

 

30 turluq normal mövsümü də lider kimi başa vuran “bənövşəyilər” ilk 6 sıradakı komandanın qatıldığı çempionluq yarışında da hər kəsi qabaqlayıb.

 

Pley-offların 9-cu turunda “Şarleroy”a səfərdə 3:1 hesabı ilə qalib gələn komanda sona bir tur qalmış çempionluğu təmin edib.

 

Qeyd edək ki, başa çatmaqda olan mövsümdə təmsilçimiz “Qəbələ” ilə birlikdə UEFA Avropa Liqasında eyni qrupda mübarizə aparmış “Anderlext” hər iki matçda 3:1 hesablı qələbə qazanıb. 

0