SİZİN REKLAM BURADA

“Qalatasaray”a portuqaliyalı məşqçi gəlir?

Uğursuz mövsüm keçirən “Qalatasaray” yay fasiləsində yenidən baş məşqçisini dəyişə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumatı yayıb.

 

Belə ki, yerli KİV “Sportinq”in çalışdırıcısı Jorje Jezuşun İstanbul nəhənginin maraq dairəsində olduğunu iddia edib. Mövsümün gedişində baş məşqçi postuna gətirilən İqor Tudorun fəaliyyətindən narazı qalan rəhbərlik bir müddətdi Jezuşla danışıqlar aparır.

 

63 yaşlı mütəxəssis özü də 2015-ci ildən bəri çalışdırdığı “Sportinq”dən ayrılmağın əleyhinə deyil. Buna səbəb onun klub prezidenti Bruno de Karvalyo ilə münasibətlərinin qaydasında olmaması göstərilir.

 

Qeyd edək ki, “Benfika”nı 5 dəfə çempionatın, 3 dəfə isə ölkə kubokunun qalibi edən Jorje Jezuş həm “Benfika”, həm də “Sportinq”ə Portuqaliya Superkubokunu qazandırıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10