SİZİN REKLAM BURADA

Qurban Qurbanov: Bütün mövqelərdə dəyişikliklər etmək istəyirik – MÜSAHİBƏ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi.

 

- Bəzi futbolçuların adları “Qarabağ”la birgə hallanır. Transfer çalışmalarınız nə yerdədi?

- Açığı, kiminləsə konkret razılıq yoxdu. Bir neçə futbolçu ilə danışıqlar davam edir. Ola bilsin ki, hamısını komandaya cəlb etmədik. Gözləyirik, görək, hansı alınacaq. Bir neçə transfer etməyi çox istəyirik. Ancaq hələ konkret bir şey yoxdu.

 

- “Gənclərbirliyi”də çıxış edən Tokelo Rantie ilə danışıq olubmu? O, sizin maraq dairənizdədimi?

- Mənim yox, menecerlər tərəfindən danışıq olub. Çox oyunçu ilə belə danışıq aparılıb.

 

- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?

- Bütün mövqeləri. Həm müdafiə, həm yarımmüdafiə, həm də hücum xəttində dəyişikliklər etmək istəyirik.

 

- Yay hazırlıq proqramınız necə olacaq?

- Millidə olmayan futbolçular iyunun 1-də Bakıda bir araya gələcəklər. Ayın 16-da Avstriyaya gedəcəyik.

 

- Orda neçə yoxlama görüşü keçirməyi planlaşdırırsınız?

- Oyunların vaxtları bəllidi, amma rəqiblərin kimliyi hələ yox. İstəyirik ki, Çempionlar Liqasının səviyyəsinə uyğun komandalarla qarşılaşaq.

 

- Bu gün “Qarabağ”ın U-19 komandasının matçını izlədiniz. Orda perspektiv vəd edən futbolçu gördünüzmü?

- Təkcə bu gün yox, U-19-un oyunlarını bu il çox izləmişəm. Potensiallı futbolçular var. Düzdü, hələ tezdi. Amma mövsümün gedişində onların arasından məşqlərimizə dəvət etdiklərimiz olub. 6-7 gənc oyunçuya məşqlərimizə qatılmaları üçün şərait yaratmışıq. Bu məsələyə pozitiv baxıram. Bacarıqlı uşaqlar var.

 

- Premyer Liqanın qarşıdakı mövsümündə də 8 komandanın iştirakı gözlənilir. AFFA İcraiyyə Komitəsinin üzvü kimi, bu amil sizdə hansı təəssürat yaratdı?

- Əlbəttə ki, 8 komanda azdı. Bunu dəfələrlə demişik. İş orasındadı ki, komandaların çoxu maliyyə sıxıntısı yaşayır. Klublar həm maliyyə, həm heyət, həm də oyun baxımından stabil olmalıdılar. Yaxşı olardı ki, 8 komandanın maddi problemləri olmasın, çempionatda mübarizə sona kimi getsin.

 

- “Turan” kimi futbol ənənəsi olan komanda yenə kənarda qalıb. Bu, sizdə təəssüf hissi doğurmur?

- Çox təəssüflənirəm. Təkcə “Turan”ın yox, bir çox komandanın futbolumuzun inkişafında rolu böyük olub. Onlar çempionatda iştirak etsəydilər, daha yaxşı olardı. Amma başqa yolumuz yoxdu. Hamıya bəllidi ki, futbolumuzda, ümumiyyətlə, ölkədə bir az maliyyə problemləri yaşanır. İnanmıram ki, klubun öz sponsoru, imkanları olsa, onu Premyer Liqaya buraxmasınlar. İnşallah, yaxın vaxtlarda düzələr.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220