[b]İslamiada: Millimizin yarımfinaldakı rəqibi bəlli oldu[/b]
19.05.2017 - 22:27
[b]İslamiada: Millimizin yarımfinaldakı rəqibi bəlli oldu[/b]

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi voleybolçuların yarışında qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə A və B qruplarının hərəsində iki oyun baş tutub.

 

Əvvəlcə Türkiyə ilə Fələstin üz-üzə gəlib. Millimizin də yer aldığı A qrupunda çıxış edən komandaların oyununda “ay-ulduzlular” rahat qələbə qazanıblar – 3:0 (25:15, 25:8, 25:6).

 

Qrupun digər oyununda isə Türkmənistan və Pakistan milliləri qarşılaşıblar. Matç Pakistanın 3:1 hesablı qələbəsi ilə başa çatıb – 22:25, 22:25, 26:24, 21:25.

 

Bu nəticələrdən sonra qrupdakı son sıralama da müəyyənləşib. Millimiz liderliyi daha əvvəldən təmin etmişdisə, Türkiyə yığması ikinci yerin sahibi kimi yarımfinala yüksəlib.

 

A qrupu

N

Komandalar

O

Q

M

S/F

X/F

X

1

Azərbaycan

4

4

0

12-2

328-278

11

2

Türkiyə

4

3

1

11-5

369-289

9

3

Pakistan

4

2

2

8-7

337-316

7

4

Türkmənistan

4

1

3

4-9

286-291

3

5

Fələstin

4

0

4

0-12

150-297

0

 

B qrupunun ilk oyununda Mərakeş Qətərdən üstün olub – 3:1 (25:18, 25:22, 21:25, 25:18). Əlcəzair də Səudiyyə Ərəbistanını eyni hesabla məyus edib – 3:1 (25:21, 25:16, 20:25, 25:18).

 

B qrupu

N

Komandalar

O

Q

M

S/F

X/F

X

1

İran

4

4

0

12-1

327-265

12

2

Əlcəzair

4

3

1

10-6

391-355

9

3

Mərakeş

4

2

2

7-8

319-334

6

4

Qətər

4

1

3

5-10

332-359

3

5

Səudiyyə Ərəbistanı

4

0

4

3-12

308-364

0

 

Beləliklə, turnirin yarımfinalında Azərbaycan Əlcəzairlə, Türkiyə isə İranla qaşılaşacaq.

0