[b]Ramil Şeydayev üçün 1 saat 1 dəqiqə[/b]
19.05.2017 - 23:02
[b]Ramil Şeydayev üçün 1 saat 1 dəqiqə[/b]

Slovakiya Fortuna Liqasında XXXII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti matçına çıxıb.

 

“Bənövşəyilər” səfərdə “Moravtse” ilə qarşılaşıb. Matç qonaqlaerın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Görüşə start heyətində başlayan Şeydayev matçın 61-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, bir neçə tur öncə çempionluğunu rəsmiləşdirən “Jilina” bu qələbə ilə xallarının sayını 70-ə çatdırıb.

0