[b]“Milan” transferlərə 150 milyon ayırdı[/b]
20.05.2017 - 12:59
[b]“Milan” transferlərə 150 milyon ayırdı[/b]

“Milan” yay fasiləsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qırmızı-qaralar” ulduz futbolçu transferləri etmək fikrindədi.

 

Bu səbəbdən klubun yeni sahibi yay transferləri üçün 150 milyon avro ayırılacağını bildirib. Rəhbərlik bu məbləğə 5 və ya 6 oyunçu almağı hədəfləyir. Klubun maraq dairəsində olan futbolçular Alvaro Morata (“Real”), Andrea Belotti (“Torino”), Nikola Kaliniç (“Fiorentina”), Fauzi Qulam (“Napoli”), Matteo Darmian (“Mançester Yunayted”), Sesk Fabreqas (“Çelsi”) və Frank Kessidi (“Atalanta”).

 

Qeyd edək ki, “Milan” A seriyasında sona 2 tur qalmış 6-cı pillədə qərarlaşır.

0