[b]Millimiz Gürcüstana 4 cavabsız qol vurdu[/b]
20.05.2017 - 14:44
[b]Millimiz Gürcüstana 4 cavabsız qol vurdu[/b]

Qazaxıstanın Şimkənd şəhərində 19 yaşadək qızlar arasında keçirilən UEFA İnkişaf Turnirində III tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Gürcüstanla qarşılaşıb.

 

Millimiz görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb. Komandamızın heyətində İlahə Nuriyeva, Firəngiz Teymurova, Peritan Bozdağ və Hatice Özdemir qol sevinci yaşayıb.

 

Qeyd edək ki, Gürcüstanla matçdakı darmadağına qədər millimiz Ukraynaya 0:3 hesabı ilə uduzub, Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.

0