[b]İslamiada: Atletlərimizdən iki mükafat – bir “gümüş”, bir “bürünc”[/b]
20.05.2017 - 18:53
[b]İslamiada: Atletlərimizdən iki mükafat – bir “gümüş”, bir “bürünc”[/b]

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan aktivinə daha iki medal yazıb. Apasport.az saytının məlumatına görə, atletikanın uzunluğa tullanma növündə yarışan iki təmsilçimiz ikinci və üçüncü yeri tutub.

 

Belə ki, uzunluğa tullanmanın T12 kateqoriyasında mübarizə aparan Kamil Əliyev gümüş, Oleq Panyutin isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, bu iki mükafatla birlikdə millimizin medal sayı 130-a yüksəlib.

0