[b]İslamiada: Zorxana yığmamız ikinci oldu[/b]
20.05.2017 - 19:28
[b]İslamiada: Zorxana yığmamız ikinci oldu[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, zorxana növünün komanda yarışlarında millimiz ikinci olub.

 

Tural Əliyev, Məmmədəli Salamov, Xəyyam Orucov, Rüfət Gülalıyev və Orxan Xanlarovdan ibarət komandamız təkcə İran yığmasından geri qalıb.

 

Qeyd edək ki, bu növdə bürünc medalları Əfqanıstan və İraq komandaları qazanıblar.

0