[b]Ukraynada Azərbaycan derbisi[/b]
21.05.2017 - 00:02
[b]Ukraynada Azərbaycan derbisi[/b]

Ukrayna Premyer Liqasında XXX tur davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” digər azərbaycanlı futbolçu Dmitri Nağıyevin üzvü olduğu “Dnepr”i qəbul edib.

 

Oyun Nağıyevin komandasının 1:0 hesablı qələbəsiylə nəticələnib.

 

Hər iki futbolçumuz meydana start heyətində çıxıb. Paşayev fasilədə əvəzləsə də, Nağıyev sonadək meydanda olub.

 

Qeyd edək ki, 30 oyundan sonra hesabında 37 xal olan “Stal” ikinci altılıqda liderdi. “Dnepr” isə 22 xalla sondan ikinci pillədə qərarlaşıb. Dnepropetrovsk təmsilçisinin hesabından 15 xal çıxılıb.

0