[b]Voleybol yığmamız İslamiadanı ikinci pillədə başa vurdu - YENİLƏNİB[/b]
21.05.2017 - 21:16
[b]Voleybol yığmamız İslamiadanı ikinci pillədə başa vurdu - YENİLƏNİB[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında voleybol yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan iki oyunda medallar öz sahiblərinə qovuşublar.

 

Finalda milli komandamız İranla qarşılaşıb. Fərid Cəlalovun yetirmələri A qrupunu lider kimi başa vurduqdan sonra yarımfinalda Əlcəzairi yolundan kənarlaşdırıb. 3:1 hesablı qələbə yığmamızı həlledici oyuna çıxarıb.

 

“Qızıl” uğrundakı son rəqib İran millisi isə digər qrupu lider kimi tamamlayıb. Yarımfinalda Türkiyəyə qalib gələn cənub qonşularımız həlledici oyunda millimizi də üstələyiblər.

 

Yığmamız ilk seti rahat qazanan rəqibə qarşı ikinci setdə müqavimət göstərməyə çalışsa da, bu, qələbə üçün yetərli olmayıb. Üçüncü setdə də qalib gələn İran Oyunların gümüş medalını qazanıb.

 

Bürünc medallar uğrundakı oyunda isə Əlcəzair Türkiyəni məğlub edib.

 

IV İslam Həmrəyliyi Oyunları

Voleybol, kişilər

 

Bürünc medallar uğrunda oyun

 

Türkiyə – Əlcəzair - 1:3

 

Final

İran – Azərbaycan - 3:0 (25:16, 29:27, 25:18)

 

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

 “Bakı Kristal Zal”

0