[b]“Onun gedişi ilə sanki sağ ayağımı itirdim” - FOTO[/b]
21.05.2017 - 16:31
[b]“Onun gedişi ilə sanki sağ ayağımı itirdim” - FOTO[/b]

“Bavariya”nın futbolçusu Aryen Robben müdafiəçi Filip Lamın karyerasını bitirməsi haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata açıqlama verən hollandiyalı çox üzgün olduğunu bildirib.

 

“Biz Filiplə birlikdə 8 il “Bavariya”nın sağ cinahını qorumuşuq. Hətta işarəsiz və sözsüz bir-birimizi anlayır və başa düşürdük. Xüsusi münasibətimiz var idi. Onun futboldan getməsi ilə sanki sağ ayağımı itirmişəm. Belə kapitanım olduğu üçün, onunla birlikdə oynadığım üçün qürur duyuram” – deyə Robben bildirib.

 

Qeyd edək ki, Filip Lamla birlikdə “Bavariya”nın digər təcrübəli futbolçusu Xabi Alonso da karyerasını bitirib.

0