[b]Çempionu Meriban Əliyeva mükafatlandırdı[/b]
21.05.2017 - 19:08
[b]Çempionu Meriban Əliyeva mükafatlandırdı[/b]

IV İslam Həmrəyliyi Oyunlarında qadınlardan ibarət güləş yığmamıza ilk qızıl medalı Elis Manolova qazandırıb. Apasport.az saytının məlumatına görə, 69 kq çəkidə mübarizə aparan qadın idmançımız bütün rəqiblərini üstələyib.

 

Həlledici görüşdə qazaxıstanlı Jamila Bakbergenova ilə qarşılaşan Elis asanlıqla qələbə qazanıb.

 

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımıza qızıl medalı Azərbaycanın vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.

0