[b]İslamiada: Qadın basketbolçularımız hamıdan güclüdür[/b]
21.05.2017 - 19:32
[b]İslamiada: Qadın basketbolçularımız hamıdan güclüdür[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, budəfəki qazancımız komanda idman növündə olub.

 

Qadınlardan ibarət basketbol yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Basketbolçularımız finalda Mali yığmasından üstün olublar – 13:7.

 

Qeyd edək ki, qadınların yarışında bürünc medalları isə Türkiyə millisi əldə edib.

0