[b]Mariya Stadnik medalını vitse-prezidentdən aldı[/b]
21.05.2017 - 19:53
[b]Mariya Stadnik medalını vitse-prezidentdən aldı[/b]

IV İslam Həmrəyliyi Oyunlarında qadınlardan ibarət güləş yığmamıza ikinci qızıl medalı Mariya Stadnik qazandırıb. Apasport.az saytının məlumatına görə, 48 kq çəkidə mübarizə aparan qadın idmançımız bütün rəqiblərini üstələyib.

 

Dairəvi sistemli mübarizədə əlcəzairli Keyra Yahyaui və Evin Demirhanı məğlub edən Mariya bir daha çəksinin ən güclüsü olduğunu sübut edib.

 

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımıza qızıl medalı Azərbaycanın vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.

 

0