[b]İslamiada: Kişi basketbolçularımız da “qızıl” qazandı[/b]
21.05.2017 - 21:23
[b]İslamiada: Kişi basketbolçularımız da “qızıl” qazandı[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, komandamız aktivinə daha bir “qızıl” yazıdırıb.

 

Budəfəki mükafat da komanda idman növündə qazanılıb. Kişilərdən ibarət basketbol yığmamız (3x3) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Finalda Qətər millisi  ilə qarşılaşan Zaur Paşayev, Amil Həmzəyev, Orhan Aydın və Marşal Mosesdən ibarət komandamız 13:9 hesablı qələbəyə sevinib. Yarışın bürünc medallarını isə Türkiyə yığması qazanıb.

 

Qeyd edək ki, qadınlardan ibarət basketbol millimiz də turniri qızıl medalla başa vurub.

0