[b]İslamiada: Zorxanaçılarımızdan daha 3 medal[/b]
21.05.2017 - 21:49
[b]İslamiada: Zorxanaçılarımızdan daha 3 medal[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha 3 medal qazanıb. Apasport.az saytının məlumatına görə, zorxanada daha 3 medal millimizin aktivində yazılıb.

 

Zorxananın çərxi-çəməni yarışında Orxan Xanlarov “gümüş” medal qazanıb. Kəbbadə yarışlarında isə Məmmədi Salamov üçüncü olub. Yığmamız milsəngi yarışlarında da medal qazanıb. Orxan Xanlarov çərxi tizdə olduğu kimi bu növdə də “bürünc”ü boynundan asıb.

 

Qeyd edək ki, zorxanaçılarımız günün ilk yarısında daha 3 medal qazanmışdılar.

0